00:00:00
Yazar
Admin User
15.11.2025 05:48 138 1 dəq oxuma
Dünya

Dəməşq "Katyuşa" ilə atəşə tutulub

Dəməşq "Katyuşa" ilə atəşə tutulub

Suriyanın paytaxtı Dəməşqin qərb məhəllələri mobil buraxılış qurğusundan atəşə tutulub.

 

"İnformator.az" xəbər verir ki, bu barədə SANA agentliyi Suriya Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

 

"Şəhərin kənarından Mezzeh rayonunun yaşayış məntəqələri və ətraf ərazilərə atılan iki "Katyuşa" raketinin zərbəsi nəticəsində bir neçə mülki şəxs yaralanıb, əmlaka ziyan dəyib", - nazirliyin açıqlamasında bildirilir.

 

Qeyd olunub ki, ölkənin Müdafiə Nazirliyi Daxili İşlər Nazirliyi ilə birlikdə hücumun səbəbləri ilə bağlı araşdırmalara başlayıb və raketlərin uçuş marşrutu və buraxılış yerlərinin müəyyən edilməsi üzərində işləyir.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər