Dəməşqdə bazada partlayış:
Suriyanın paytaxtı Dəməşqdə güclü partlayış baş verib.
"İnformator.az" xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Bildirilib ki, partlayış Dəməşq Beynəlxalq Hava Limanı yaxınlığında olub. Dəməşqdə baş verən partlayış keçmiş hərbi bazada olub. Partlayışa hava limanı ərazisində döyüşlərdən qalan sursat səbəb olub. Suriyanın müxalif telekanalı Şam TV isə partlayışın İsrail PUA-ları tərəfindən törədildiyini iddia edib.
Hələlik ölənlər və yaralananlar barədə məlumat yoxdur.