00:00:00
Yazar
Lalə Qafarova
13.04.2026 20:52 18 1 dəq oxuma
İdman

Doğma meydan uğuru: "Turan Tovuz" "Sumqayıt" səddini keçdi

Doğma meydan uğuru: "Turan Tovuz" "Sumqayıt" səddini keçdi

Misli Premyer Liqasının XXVII turu çərçivəsində "Turan Tovuz" və "Sumqayıt" FK arasında gərgin və maraqlı qarşılaşma baş tutub. Tovuz şəhər stadionunda keçirilən oyunda meydan sahibləri azarkeşləri önündə vacib qələbə qazanaraq turnir cədvəlindəki mövqeyini möhkəmləndirib.


Mövzu ilə bağlı "İnformator.az"a idman eksperti Kənan Məstəliyev bildirib ki, təxminən dörd aylıq fasilədən sonra "Turan Tovuz" yenidən öz azarkeşləri qarşısına çıxmaq şansı əldə edib:
 

 

"Stadionun ot örtüyünün yenilənməsi prosesi bir qədər uzandığı üçün komanda uzun müddət azarkeşlərindən uzaq düşüb. Nəhayət, doğma meydandakı ilk matçda qələbə qazanmağı bacardılar. Meydan sahibləri ikinci hissənin əvvəlində ikinci qolu vurmaqla üstünlüklərini artırdılar. Qonaqlar oyunun intensivliyini artırıb fərqi azaltsalar da, bu, xal qazanmaq üçün kifayət etmədi. 

"Turan Tovuz" daha diqqətli və etibarlı oyun nümayiş etdirdi. Hazırda komanda həm taktiki, həm də psixoloji cəhətdən lazımi xalları toplamağa köklənib. Çempionatın sonu yaxınlaşdıqca gözəl oyundan daha çox, nəticə ön plana çıxır. Bu səbəbdən komandanın müdafiəyə meyilli çıxış etməsini normal qarşılamaq olar. Bu, onlar üçün çox vacib qələbə idi”.

 

Reyhan Quliyeva

#doğma #"sumqayıt" #keçdi #baki #uğuru:
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər