00:00:00
Yazar
Aysel Mirzəyeva
20.02.2026 20:35 17 1 dəq oxuma
İdman Özəl

“Doğma meydanda belə bir məğlubiyyət almaq istəməzdik” - Qurban Qurbanov

“Doğma meydanda belə bir məğlubiyyət almaq istəməzdik” - Qurban Qurbanov

Azərbaycanın UEFA Çempionlar Liqasındakı təmsilçisi “Qarabağ” pley-off mərhələsində İngiltərə təmsilçisi “Nyukasl” ilə ilk matçına çıxıb. Görüş qonaqların 6:1 hesablı qələbəsi ilə yekunlaşıb.


Mövzu ilə bağlı idman jurnalisti Ağa Dadaşzadə “İnformator.az”a açıqlamasında məğlubiyyətin əsas səbəblərini dəyərləndirib:

 

“Heyətdə taktiki gerçəklik olmalı idi. Beşli müdafiə ilə oynamaq böyük komandaya qarşı daha doğru variant hesab olunur. Bədavi Hüseynov ikinci hissədə meydana daxil olandan sonra vəziyyət qismən bizim xeyrimizə dəyişib. Kaş ki, ilk hissədən etibarən beşli müdafiə qurulardı. Məğlubiyyətə səbəb rəqibin bizdən daha güclü olması idi. Eyni zamanda rəqibin peşəkarlığı, sürəti və oyunçularının fiziki üstünlüyü komandamıza ciddi çətinlik yaratdı. Növbəti mövsüm üçün heyətdə bütün mövqelər üzrə güclənməyə ehtiyac var. Xüsusilə hücum xəttində hücumçu problemi gözləniləndir. Yarım müdafiə xəttində də “Nyukasl” kimi komandalarla oynaya biləcək səviyyədə futbolçuya ehtiyac duyulur. Qapıçımız yaxşı təsir bağışlayır. Bununla yanaşı, iki müdafiəçiyə, əsasən də mərkəz müdafiəçilərinə ehtiyac var. Bu dəyişikliklər edildiyi təqdirdə növbəti mövsümdə daha uğurlu çıxış edə bilərik. Ən azı yenidən pley-off mərhələsində “Nyukasl” kimi rəqiblə qarşılaşsaq, daha yaxşı mübarizə aparmaq mümkün olar”.


Aytac İbrahimova

#yeni #məğlubiyyət #azərbaycan #qurban #almaq
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər