Dohada baş verən partlayışlar zamanı HƏMAS rəhbərliyindən heç kim həlak olmayıb
Bu gün Dohada baş verən partlayışlar nəticəsində HƏMAS rəhbərləri arasında həlak olan yoxdur.
"İnformator.az" xəbər verir ki, bu barədə "Əl-Cəzirə" HƏMAS-ın bəyanatına istinadən bildirib.
"Qəzzada atəşkəslə bağlı ABŞ-nin irəli sürdüyü təklifin müzakirə olunduğu görüşün bütün iştirakçıları sağ qalıblar", - məlumatda vurğulanır.