00:00:00
Yazar
Admin User
01.09.2025 16:25 100 2 dəq oxuma
Siyasət

Donald Tramp 5 milyard dollarlıq xarici yardımı ləğv edib

Donald Tramp 5 milyard dollarlıq xarici yardımı ləğv edib

ABŞ Prezidenti Donald Tramp 5 milyard dollarlıq xarici yardımı ləğv edib. Tramp vəsaiti “cib ləğvi” (pocket rescission) mexanizmi ilə dayandırıb. Adi hallarda Konqresin 45 gün ərzində təsdiq etdiyi maliyyənin ləğvinə razılıq verməsi tələb olunur. Lakin büdcə ilinin sonuna çox az vaxt qaldığı üçün bu üsul Konqresin məsələyə müdaxilə imkanını əlindən alır.


Mövzu ilə bağlı politoloq Züriyə Qarayeva “İnformator.az”a açıqlamasında bildirib ki, ABŞ Prezidenti Donald Trampın 5 milyard dollarlıq xarici yardımı ləğv etməsi ilk növbədə Vaşinqtonun müttəfiqlərinə və tərəfdaşlarına güclü siyasi siqnal kimi dəyərləndirilə bilər:

 

“Bu addım ABŞ-nin qlobal siyasətdə “maliyyə dəstəyi vasitəsilə təsir” strategiyasını zəiflədə və bəzi ölkələrdə etimadın azalmasına səbəb ola bilər. Yardımın ixtisarı xüsusən də ABŞ maliyyəsinə güvənən dövlətlərdə narahatlıq yaradacaq. Xarici yardımlar uzun illərdir ABŞ diplomatiyasının yumşaq güc aləti olub. Onların ləğvi Vaşinqtonun diplomatik təsir imkanlarını daralda bilər. Çünki maliyyə resurslarının azalması ABŞ-nin həm iqtisadi, həm də humanitar layihələrdə liderlik rolunu zəiflədəcək. Bu, eyni zamanda, Çin və Rusiyanın boşluğu doldurmasına şərait yarada bilər. Digər tərəfdən, bu addım ABŞ daxilində də mübahisələr doğuracaq. Konqreslə Ağ Ev arasında büdcə siyasəti ilə bağlı ziddiyyətlər dərinləşə bilər. Xarici yardımdan imtina Trampın daxili auditoriyaya mesajı olsa da, qlobal səviyyədə ABŞ-nin “etibarlı tərəfdaş” imicini zədələmək riski daşıyır. Beləliklə, bu qərar qısamüddətli siyasi dividendlər qazandırsa da, uzunmüddətli perspektivdə ABŞ-nin diplomatik təsir gücünü məhdudlaşdıra və rəqiblərinə əlavə fürsətlər aça bilər”.


Nuray Əliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər