Donald Trampın Britaniya Krallığına Qədər Uzanan Uşaqlıq Xatirəsi
Kraliça II Yelizavetanın tacqoyma mərasimi bütün dünyada evlərə yayımlanarkən, Nyu-Yorkda altı yaşlı bir oğlan evlərindəki qara-ağ televizorun qarşısında diqqətlə izləyib.
Onun Şotlandiyadan olan anası 1953-cü il, 2 iyun günü ekran qarşısından bütün gün tərpənmədən mərasimi heyranlıqla seyr edib.
Həmin oğlan Donald Tramp olub.
İllər sonra daşınmaz əmlak sahibkarı olanda Tramp anasının Britaniya krallığına olan sevgisinin ona necə təsir etdiyini “The Art of the Deal” adlı kitabında qeyd edib. O yazıb ki, “şoumenlik hissini” məhz anasından alıb. Anasını “təmtəraq və mərasimlərə, krallıq ideyasına və cazibəsinə heyran” biri kimi təsvir edib.
Bu təmtəraq sevgisi və öz şoumenlik qabiliyyəti, Trampın Birləşmiş Krallığa ikinci dövlət səfəri zamanı Vindzora qayıdanda tam mənası ilə nümayiş olunacaq. Kral III Çarlzın dəvəti ona Baş nazir Keir Starmer tərəfindən Ağ Evdə şəxsən çatdırılıb.
Banuçiçək Məmmədova