Donald Trampın H-1B vizaları üçün yeni rüsum tələbi
ABŞ-nin keçmiş Prezidenti Donald Tramp H-1B vizaları üçün əlavə rüsum tətbiq edilməsini təklif edib. Yeni təklifin əsas məqsədi yüksək ixtisaslı xarici işçilərin ölkəyə girişini tənzimləmək və yerli əmək bazarını qorumaqdır.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlama verən iqtisadçı Haşim Səhrablı bildirib ki, Trampın təklif etdiyi rüsum miqdarı 100.000 dollar səviyyəsindədir:
“Bu, çox ciddi məbləğdir. Fərqli şirkətlər üçün yeni çağırışlar yaradacaq. Rüsumun bu qədər yüksək olması, beyin axını məsələsini əvvəllər olduğu qədər effektiv idarə etməyə imkan verməyəcək. ABŞ-nin iqtisadi dayaqlarını gücləndirən əsas faktorlar arasında yüksək ixtisaslı işçilərin ölkəyə cəlb olunması durur. Amerikanı Amerika edən faktorlar, insanların sivil ölkə kimi az işləyib çox qazandığı şəraitə müraciət etməsi ilə bağlıdır. Yüksək rüsum isə beyin axınının əks istiqamətdə, Çin və digər inkişaf etmiş ölkələrə yönəlməsinə səbəb ola bilər. Bu, yalnız mövcud əmək bazarını deyil, həm də gələcək innovasiya potensialını birbaşa təsir edəcək məsələdir”.
Fatimə Hüseynli
