Dərələyəzin köklü sakinləri azərbaycanlılardır
Qərbi Azərbaycan Xronikası: Tarixi abidələr sübut edir ki, Dərələyəzin köklü sakinləri azərbaycanlılardır
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında Politoloq Tural İrfan bildirib ki, Qərbi Azərbaycan ilə bağlı mümkün qədər təbliğatı çox aparmalıyıq:
“Yaşlı və orta nəsil kifayət qədər məlumatlı olsa da gənc nəsli daha dolğun məlumatlandırmalıyıq. Çünki cənab Prezident İlham Əliyevin dediyi kimi o yerlərə biz mütləq qayıdacağıq. Azərbaycan Xronikası layihəsinin də məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır. Qərbi Azərbaycan ərazisinin coğrafi, mədəni, tarixi, mənəvi məziyyətlərini, bütün mahiyyətini ictimaiyyətə çatdırmaq üçün təbliğat vasitələrinin olması zəruridir. Ümumiyyətlə Qərbi Azərbaycan ərazinin daimi sakinləri tarixi faktlara əsasən Azərbaycan türkləri olub. Bu həqiqətləri vaxtilə həmin ərazilərdə aparılan arxeoloji qazıntılar, tapılan materiallar da sübut edir. Eradan əvvələ aid olan müxtəlif dövlətlərin dövründə məhz həmin ərazilərdə türk etnosu mövcud olub. Urmu teorisi ilə razılaşmayan və türklərin Orta Asiyadan gəldiyini iddia edən tarixçilər belə etiraf edir ki, Qərbi Azərbaycan ərazisində türklər mövcud olub. Dərələyəz mahalı da əsasən qıyıq gözlü qıpçaq türkləri, sonralar Oğuz türklərinin qarışıq şəkildə yaşadığı "Dar ala göz" - Dərələyəz adı ilə məşhur olan qədim yaşayış məskənlərimizdəndir. Ermənilərin köçəri və asyaslı tayfa birləşmələri Hindistanın şimalından Babilistana, indiki İrana gətiriliblər. Rəqqasə, qul, əsir qismində bu tayfa tədricən xristianlığı qəbul edərək kilsələrdə xidmət göstərməyə, sığınmağa başlayıblar. Həbəş əlifbasını öz əlifbaları kimi mənimsəyərək Alban tarixinin ehtiva etdiyi bütün əhəmiyyətli faktları və mahiyyəti üzrə mövcud elementləri öz adlarına çıxaraq qondarma tarix yaradıblar. Hələ 1918-ci ildən əvvəl də ermənilər dəfələrlə Şərur-Dərələyəzdə qırğınlar törədərək əhalini bir növ psixoloji təsir, qorxu vasitəsi ilə bölgədən sürgün etməyə çalışıblar. Erməniləri o bölgələrdə Rusiya məskunlaşdırıb. İran da buna dəstək verib. Çünki Türkiyə türkləri ilə Azərbaycan xalqının arasında ideoloji, coğrafi sədd çəkmək planlaşdırılmışdı. Qərbi Azərbaycan torpaqlarına əzəli yurd yerlərimiz olaraq yenidən qayıdış hər birimizin arzusudur. Amma bu arzunun reallaşması üçün çalışmaq, təbliğat və maariflənmə də zəruridir “.
Reyhan Quliyeva
