00:00:00
Yazar
Səadət Əlizadə
26.04.2026 19:36 21 1 dəq oxuma
Siyasət

Ordu döyüş hazırlığı vəziyyətindədir: Müharibə riski artır

Ordu döyüş hazırlığı vəziyyətindədir: Müharibə riski artır

İran və İsrail arasında müharibə riski kəskin şəkildə artıb.

 

"İnformator.az" "Globalinfo.az"a istinadən xəbər verir ki, aparılan danışıqların nəticəsiz qalması fonunda tərəflər arasında hərbi qarşıdurma ehtimalı yeni və daha təhlükəli mərhələyə daxil olub.

 

Bildirilir ki, İsrail Müdafiə Qüvvələri artıq iki həftədir yüksək döyüş hazırlığı vəziyyətindədir və xüsusilə Hərbi Hava Qüvvələri mümkün hücum əməliyyatları üçün hazır vəziyyətə gətirilib.

 

Eyni zamanda, ABŞ-nin regionda hərbi aktivliyinin artdığı qeyd olunur. ABŞ-ə məxsus hərbi nəqliyyat təyyarələrinin həm İsrailə, həm də Fars körfəzi bölgəsinə genişmiqyaslı şəkildə yerləşdirildiyi barədə xəbərlər yayılıb.

#artır #müharibə #xəbər #hazırlığı #riski
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər