"Drujba"da neft nəqli dayandırlıb
Rusiyadan Avropaya neft daşıyan Drujba boru kəmərinin bir xəttində sızma aşkar edilib və xətt vasitəsilə neft nəqli dayandırılıb.
İnformator.az xəbər verir ki, bu barədə Polşanın boru kəməri operatoru olan PERN şirkəti məlumat yayıb. Sızma Polşanın mərkəzi hissəsində, Şodez yaxınlığında, Drujbanın qərb hissəsinin xam neftin Almaniyaya çatdığı iki xəttindən birində olub. Hadisənin səbəbləri araşdırılır. Yanğınsöndürən Qreqorz Yankovski bildirib ki, sızıntını yerli sakinlər dərhal aşkar edib. Buna görə yanğınsöndürənlər və boru kəmərinin inzibatçısı olan PERN şirkəti tez təşvişə düşüb. Boru kəmərinin sızmadan təsirlənən hissəsi qalan hissədən qıfılla kəsildiyinə görə, sızmanın miqyası böyük deyil. “Söhbət 210 metrdə 30 ölçülü düzbucaqlı sahədən gedir. Yanğınsöndürənlər sızma yerini qoruyub və potensial partlayış riskini qiymətləndirmək üçün xüsusi avadanlıqdan istifadə ediblər. Polis qadağan olunmuş əraziyə girişi bağlayıb. Fəaliyyətimizin ilkin mərhələsində biz ərazidən 120 metr aralıda yerləşən evin iki sakinini təxliyə etmişik”.
Bənövşə
