“E1-də məskunlaşma Fələstin dövlətini yox edir”
İsrailin ifrat sağçı maliyyə naziri Bezalel Smotrich işğal altındakı İordan çayının qərb sahilində yerləşən mübahisəli E1 bölgəsində 3000-dən çox evin tikintisi üçün tenderləri təsdiqləyəcəyini bildirib.
Onun sözlərinə görə, bu addım Fələstin dövləti ideyasını aradan qaldırır və hökumətin suverenlik planının bir hissəsidir. Smotrich layihəni “ən yaxşı halda sionizm” adlandırıb və Maale Adumimi Qüdsə birləşdirərək beynəlxalq təzyiqlərə meydan oxuduqlarını deyib.
Yesha Şurası və Binyamin Regional Şurasının rəhbəri İsrail Gantz bunu məskunlaşma hərəkatı üçün “tarixi nailiyyət” kimi dəyərləndirib. Layihə faktiki olaraq İordan çayının qərb sahilini şimal və cənub hissələrinə böləcək, Şərqi Qüdsün Beytləhm və Ramallahla birləşməsinin qarşısını alacaq. İsrail hökuməti əvvəllər ABŞ təzyiqi ilə planı dayandırsa da, son aylarda bölgədə yolların genişləndirilməsi və Fələstinlilərin girişinin məhdudlaşdırılması istiqamətində addımlar atıb.
Peace Now təşkilatı ümumilikdə 4030 yeni yaşayış binasının təsdiqləndiyini açıqlayıb. Bunların 730-u Ariel qəsəbəsinin qərbində, 3300-ü isə Maale Adumimin şərqində salınacaq yeni məhəllədə yerləşəcək və sənaye zonası ilə birləşdiriləcək.
All Jazeera
Qəmər Kazımzadə