Ege dənizində Yunanıstandan gözlənilməz hərbi təlim
Yunanıstan, Türkiyənin “Piri Reis” tədqiqat gəmisinin elan etdiyi marşrut gündəmdə olduğu bir vaxtda Meriç və Ege bölgələrində 24 saatlıq qəfil hərbi təlim keçirib. Yunan Genelkurmayı orta Yunanıstandan Meriç sərhədinə əlavə qoşunlar göndərib, Ege adalarına və kiçik adacıqlara hava yolu ilə qüvvələr yerləşdirib. Təlimə Yunan donanmasının demək olar ki, tam heyəti və 60 döyüş təyyarəsi qatılıb.
Atina rəsmiləri bu addımın “Piri Reis”lə əlaqəsi olmadığını bildirir. Lakin Yunan mediası təlimin Türk tədqiqat gəmisinin fəaliyyətlərinə cavab olduğunu yazır. Türkiyə isə İzmir Seyir Hidrografi və Oşinografi Dairəsi vasitəsilə Navtex yayaraq, Taşozdan Meisə qədər 23 adanın beynəlxalq müqavilələrə əsasən silahlandırıla bilməyəcəyini xatırladıb. “Piri Reis”in marşrutu həm Türkiyə, həm də beynəlxalq sulara daxil olur və bu, Yunanıstanın Ege dənizindəki quru sahanlığı ilə bağlı mübahisələri yenidən gündəmə gətirib.
CNN
Mələk Hüseynova