00:00:00
Yazar
Admin User
15.05.2024 18:21 626 1 dəq oxuma
Sosial

Ekspert fənn olimpiadalarının əhəmiyyətini açıqladı

Ekspert fənn olimpiadalarının əhəmiyyətini açıqladı

Orta məktəblərdə şagirdlərin bilik səviyyələrinin qiymətləndirilməsi, bilik qabiliyyətlərinin inkişaf etdirilməsi istiqamətində bilik yarışları, olimpiadalar keçirilir.

Maraqlıdır, fənn olimpiadalarının keçirilməsinin əhəmiyyəti nədir?


Bu olimpiadaların şagirdlərin bilik və bacarıqlarının inkişafına təsiri necədir?

 

Mövzu ilə bağlı Elm və Təhsil eksperti Qoşqar Məhərrəmov "informator.az"a açıqlama verib. Onun sözlərinə görə, Fənn olimpiadalarının keçirilməsinin əhəmiyyəti budur ki, bu elm müsabiqələri şagirdlər arasında müsbət rəqabət yaradır:

 

"Fənn olimpiadalarının keçirilməsinin əhəmiyyəti şagirdlər arasında müsbət rəqabət yaradır. Şagirdlər öz potensiallarını kəşf edir, bu rəqabət mühitində onlar daha çox çalışır,daha çox əzm göstərirlər. Düşünürəm ki, bu yarışlar gizli qalmış potensialları, gizli qalmış cövhərləri kəşf etməkdə əhəmiyyət daşıyır. Bu tip yarışlar nəticəsində şagirdlər sertifikat, mükafatlandırma, təşəkkürnamə alırlar və rəğbətləndirilirlər. Nəticədə onların dərsə marağı daha da çoxalır, motivasiyaları artır. Belə yarışlar  nəticəsində şagirdlər bir qismi dünya miqyaslı olimpiadalarda iştirak edə bilirlər.
Olimpiadaların məqsədi şagirdləri həvəsləndirmək, məktəblərdə müsbət tendensiya yaratmaqdır ki, nəticədə şagirdlər uğurları ilə önə çıxsınlar. Bu hal həmin şagirdlərin məktəb yoldaşları arasında "fenomen" olmasına səbəb olur".

 

 

 

Zeynəb Mustafazadə

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər