Elmi dərəcə və elmi ad alma prosesi və qarşıya çıxan tələblər
Azərbaycanda elmi dərəcə və elmi ad almaq istəyən şəxslər müəyyən olunmuş mərhələlərdən və ciddi elmi tələblərdən keçməlidirlər. Bu proses həm nəzəri bilik, həm də praktiki tədqiqat bacarıqları tələb edir.
Mövzu ilə bağlı təhsil eksperti Rizvan Fikrətoğlu “İnformator.az”a açıqlamasında bildirib ki, ən böyük problem odur ki, yalnız biliyin olması kifayət etmir, sistemin içində düzgün hərəkət etməyidə bacarmaq lazımdır:
"Elmi dərəcə elmi səviyyəni və tədqiqat bacarığını göstərir və bizdə iki elmi dərəcə var, fəlsəfə doktoru və elmlər doktur. Fəlsəfə doktoru ilk elmi dərəcədir. Elmlər doktoru isə daha yüksək və fundamental elm sayılır. Bu dərəcələri almaq üçün dissertasiya yazmalı və tədqiqat aparılmalıdır. Yəni burada əsas məsələ elmi nəticə və araşdırmadır. Elmi ad isə akademik və pedaqoji fəaliyyətə verilən tituldur. Məsələn, dosent və professor. Bu zaman təkcə tədqiqat yox həm də dərs deməli, elmi rəhbərlik etməli və məqalələr çap etdirməlisən. Yəni elmi dərəcə nə qədər savadlı alim olduğunu göstərir, elmi ad isə akademik sistemdə hansı statusda olduğunun göstərir. Azərbaycanda elmi dərəcə almaq üçün tələblər var. Elmi dərəcə almaq üçün ali təhsil bazası olmalıdır. Yəni fəlsəfə doktoru üzrə bakalavr və magistr diplomu mütləqdir. Elmlər doktoru üçün isə fəlsəfə doktoru olmalıdır. Burada dissertasiya işi də var. Seçilmiş mövzu üzrə orijinal elmi tədqiat aparılmalıdır. Yəni iş plagiatsız olmalı və yenilik gətirən olması vacibdir. Müdafiə Şurası qarşısında isə müdafiə edilməlidir. Elmi nəşrlərə gəldikdə isə burada məqalələr yerli və beynəlxalq jurnallarda çap olunmalıdır. Xüsusilə, "ideksi" jurnallar var ki, onlar üstünlük sayılır. Elmlər doktoru üçün nəşr sayı və səviyyəsi daha yüksək tələb olunur. Burada imtahanlara qəbul olmaq üçün xarici dildən imtahan vermək lazımdır və adətən ingilis dilində olur. İxtisasca fəlsəfə fənlərindən imtahan olmalıdır. Elmi rəhbərlik və attestasiya üçün ən azı fəlsəfə doktoru olmalıdır. Elmi dərəcələrin və adların verilməsi Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya komissyası həyata keçirir. Elmi ad isə dosent və professordur. Burada təkcə alim yox həm də akademik fəaliyyət olmalıdır. Yəni elmi ad almaq üçün minimum dosent dərəcəsinin olması vacibdir. Elmi dərəcə "Sən elmə nə töhfə veridin?" bu sual cavab tapmalıdır. Elmi ad isə "sən bu elmi necə yaydın, başqalarına necə ötürdün?" sualına cavab verməlidir. Digər bir məsələ isə elmi ad və elmi dərəcə alma prosesində qarşıya çıxan çətinliklərdir. Bu proses kağız üzərində səliqəli görünsə də, praktikada kifayət qədər çətin və bəzən yorucudur. Ən böyük problem odur ki, yalnız biliyin olması kifayət etmir, sistemin içində düzgün hərəkət etməyidə bacarmaq lazımdır. Keyfiyyətli elmi mövzu və elmi rəhbər tapmalıdır. Adətən mövzu ya çox ümumi, ya da çox praktiki dəyəri zəif olur, mövzu seçilən olmalıdır. Güclü akademik elmi rəhbər də tapmaq lazımdır və bu da çətindir. Bəzən rəhbər formal olur. Real elmi yenilik ortaya qoyulmalıdır. Yenilik tələbi var, amma çoxları bunu düzgün anlamır. Sadəcə məlumat toplamaq kifayət etmir. Tədqiqat metodologiyası zəif qurulanda işdə qəbul edilmir. Elmi məqalə problemidə var bizdə, yaxşı jurnala çap olunmaq çox çətindir. Tələblər isə yüksəkdir. Tez-tez düzəliş istəyirlər. Bəzi hallarda isə uzun gözləmə müddəti olur. Keyfiyyət əvəzinə saya fokuslanandan sonra çətinlik yaranır. Prosedur məsələlərinə gəldik də isə sənədləşmə qaydaları, mərhələləri çoxdur. Prosesə nəzarət edən qurum Prezident yanında Ali Attestasiya Komissiya ciddi tələblər qoyur. Müdafiə mərhələsində Dissertasiya Şurası qarşısında çıxış bir qədər stresslidir. Opponentlərin suallar çox çətin və detalıdır. Elmi ad üçün də müəyyən çətinliklər var. Sadəcə dərəcə kifayət etmir. Təbii ki, bu yol qısa müddətli deyil, illər tələb edir. Maddi gəlir çox vaxt zəif olur. Motivasiyanı qorumaq da çətindir. Bir çox insan bu prosesi formal şəkildə keçmək kimi görür. Amma sistem məcbur edir ki, ya doğurdan da, alim olasan, ya da yolda ilişib qalasan. Əgər məqsəd diplom deyilsə, real nəticədirsə strategiya başdan düzgün qurulmalıdır. Çünki ən çox vaxt itirilməli mərhələ burada baş verir".
Samirə Allahverdizadə