Elon Musk "OpenAI"-ı hədələyib : Adını dəyişdir!
Elon Musk , "ChatGPT" süni intellekt botunun yaradıcısı "OpenAI" şirkətini hədələyib . Əvvəllər "Twitter" adlanan "X" adlı sosial şəbəkənin sahibi olan Musk "OpenAl"-ın adını “ClosedAI” olaraq dəyişdirilməsini istəyir.
Keçən həftə şirkətə qarşı iddia qaldıran Musk bir şərtlə işi dayandıracağını bildirib.
Elon Muskun şərti şirkətin adının "OpenAI"-dan "ClosedAI"-a dəyişdirilməsidir.
Musk, süni intellekt şirkəti qurulandan bəri qazanc deyil, bəşəriyyətin xeyrinə inkişaf etdirmə razılaşmasına xəyanət etdiklərini düşündüyünü ifadə edib.
Musk şirkətin baş direktoru Sem Altmana qarşı məhkəmə iddiası qaldıraraq, “O, bəşəriyyətə fayda verməkdənsə, Microsoft-un qazancını artırmaq üçün çalışır” deyərək məhkəməyə müraciət edib.
İddiadan sonra "OpenAI" rəhbərlərindən Elon Musk-a cavab gecikməyib.
Elon Musk "OpenAI"-ı Teslanın bir hissəsi edə bilmədiyi üçün qəzəbləndiyi və bu iddianı qaldırdığı iddia edilsə də, "OpenAI" öz paylaşımında Muskun menecer olduğu müddətdə də mənfəətə yönəlmiş bir siyasət izlədiyini qeyd edib.
