00:00:00
Yazar
Elmira Ağayeva
02.07.2026 16:24 67 2 dəq oxuma
Gündəm

Enerji artıq sadəcə resurs deyil-strateji gücdür

Enerji artıq sadəcə resurs deyil-strateji gücdür

Prezident İlham Əliyev bildirib ki, müasir dövrdə enerji təhlükəsizliyi artıq yalnız iqtisadi məsələ deyil, hər bir ölkə üçün birbaşa milli maraq daşıyır. Dövlət başçısının sözlərinə görə, etibarlı enerji təminatı siyasi sabitliyə, dayanıqlı inkişafa və beynəlxalq tərəfdaşlıqlara mühüm təsir göstərir. Bu baxımdan enerji resurslarının şaxələndirilməsi və uzunmüddətli əməkdaşlıq strateji əhəmiyyət kəsb edir.

 

Mövzu ilə bağlı Milli Məclisin deputatı Vüqar Bayramov “İnformator.az”a açıqlamasında bildirib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin və Avropa Komissiyasının Prezidenti xanım Ursula fon der Lyayenin mətbuat açıqlamasında enerji təhlükəsizliyi ilə bağlı kifayət qədər strateji məqamlara toxunulub:

 

“Azərbaycan Avropanın etibarlı tərəfdaşlarındandır və bu, tərəflər arasında əməkdaşlığın dərinləşməsindən xəbər verir. Qlobal geosiyasi proseslər enerji təhlükəsizliyinə təsir göstərir. Əslində Avropa Komissiyasının Prezidentinin Bakı səfərində də müzakirə edilən məsələlər həm də təhlükəsizliklə bağlıdır. Burada enerji təhlükəsizliyi, regional təhlükəsizlik və digər məqamlar öz əksini tapıb. Çünki Hörmüz boğazının bir müddət bağlanması enerji təminatına mənfi təsir göstərdi və bu da qiymət artımları ilə müşahidə olundu. Digər tərəfdən isə vacib məqamlardan biri həm də enerji bazarında siyasi faktorların aktiv olmasıdır. Müzakirələr birmənalı şəkildə həm enerji təklifinə, həm infrastrukturuna, həm hasilata təsir göstərir və biz İran müharibəsi fonunda bir sıra körfəz ölkələrində hasilatın azalmasını, infrastruktura ziyanın dəyməsini müşahidə etdik. Hazırda Azərbaycan 16 ölkəyə təbii qazı nəql edir. Onlardan 10-u Avropa İttifaqına üzv olan ölkədir, 12-si Avropada yerləşən dövlətdir. Azərbaycanın təbii qazını almaq istəyən ölkələrin sayında da artımlar müşahidə olunacaq, Çexiya Respublikası da bu ölkələrdən biridir. Ona görə də gözlənilir ki, Azərbaycanın təbii qaz nəqli coğrafiyası genişlənəcək. Bu da daha çox ölkələrin Azərbaycan təbii qazından faydalanmasına və ölkəmizin regional enerji təhlükəsizliyində rolunun daha da dərinləşməsinə xidmət edəcək”.

 

Mələk Hüseynova

#Azərbaycan #Aİ #enerjitəhlükəsizliyi
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər