00:00:00
Yazar
Admin User
12.09.2025 15:43 84 1 dəq oxuma
Dünya

Erdoğan: “İstanbul üçün etdiklərimizlə yetinməyəcəyik, yetinməyəcəyik”

Erdoğan: “İstanbul üçün etdiklərimizlə yetinməyəcəyik, yetinməyəcəyik”

Prezident Rəcəb Tayyib Erdoğan İstanbulda keçirilən “Beş Rəssam Bir Şəhər: Canım İstanbul” sərgisində çıxış edib. O, İstanbulun həm Türkiyə, həm də bütün İslam dünyası üçün mədəniyyət, tarix və sənət mərkəzi olduğunu vurğulayıb.

 

Erdoğan, Marmaray, Avrasya Tuneli, Yavuz Sultan Səlim körpüsü, Böyük Çamlıca Məscidi, İstanbul Hava Limanı və Ayasofyanın yenidən ibadətə açılması kimi layihələrlə şəhərə mühüm xidmətlər göstərdiklərini xatırladıb. “Hakim-i İstanbul deyil, Hadim-i İstanbul olaraq xidmət etməyə davam edəcəyik. Bu şəhərə olan sevgimiz heç vaxt bitməyəcək” deyən Prezident, İstanbulun gələcək nəsillərə də ilham qaynağı olacağını bildirib. O, gənc sənətçiləri böyük ustalardan öyrənməyə çağıraraq, “Türkiyə Yüzyılı elm, mədəniyyət və sənət insanlarımızın əsərləri ilə formalaşacaq” sözlərini əlavə edib.

 

TRT Haber

Mələk Hüseynova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər