Erdoğan: Kiprdə ədalətli və qalıcı həll iki dövlətli modeldir
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, ölkəsinin Kipr məsələsindəki mövqeyi hər zaman aydın olub. Onun sözlərinə görə, Kipr probleminin ən ədalətli və real həlli adada iki müstəqil dövlətin mövcudluğundan keçir.
Ərdoğan bu fikirləri Ankarada, Şimali Kipr Türk Respublikasının (ŞKTR) Prezidenti Tufan Erhürman ilə təkbətək görüşdən sonra keçirilən birgə mətbuat konfransında səsləndirib.
Türkiyə Prezidenti, prezident seçildikdən sonra ilk rəsmi səfərini Türkiyəyə edən Erhürmanı Ankarada qəbul etməkdən məmnunluğunu ifadə edib və 19 oktyabrda ŞKTR-də keçirilən seçkilərin sakit və demokratik şəraitdə baş tutduğunu qeyd edib.
TRT Haber
Səadət Əlizadə