00:00:00
Yazar
Güllər Gülhüseynova
08.05.2026 09:52 14 1 dəq oxuma
Dünya

Ermənistanda bu gündən seçkiqabağı təşviqat kampaniyası başlayır

Ermənistanda bu gündən seçkiqabağı təşviqat kampaniyası başlayır

Ermənistanda iyunun 7-nə təyin edilmiş parlament seçkiləri ərəfəsində seçkiqabağı təşviqat kampaniyası mayın 8-dən rəsmən başlayır.

 

"İnformator.az" xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri xəbər verir.

 

Ermənistanın Mərkəzi Seçki Komissiyası seçkilərdə iştirak üçün 17 partiya və 2 blok daxil olmaqla 19 siyasi qüvvəni qeydiyyata alıb.

 

Təşviqat kampaniyası iyunun 5-i daxil olmaqla davam edəcək.

 

Qeyd edək ki, ölkənin baş naziri Nikol Paşinyan bu gündən etibarən seçkiqabağı kampaniyada iştirak etmək üçün məzuniyyətə çıxıb.

#ermənistanda #kampaniyası #təşviqat #gündən #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər