Erməni müxalif deputat Türkiyəyə gedir
“Ermənistan” blokundan olan deputat, parlamentin AŞPA-dakı nümayəndə heyətinin üzvü Armen Gevorkyan oktyabrın 8-11-i tarixlərində Türkiyənin Qaziantep şəhərində səfərdə olacaq.
"İnformator.az" "Axar.az"a istinadən xəbər verir ki, Gevorkyan AŞPA-nın Sağlam Ətraf Mühit Naminə Parlamentarilər Şəbəkəsinin növbəti iclasında və AŞPA-nın Sosial Məsələlər, Sağlamlıq və Davamlı İnkişaf Komitəsinin Avropa mükafatı üzrə Alt Komitəsinin işində iştirak etmək üçün Qaziantepə gedəcək.