Erməniləri qorxuya salan texnika: "Nora" ordumuz üçün gəlir
Serbiyanın “Yugoimport” şirkəti Belqradda keçirilən “Partner 2025” beynəlxalq müdafiə sərgisində ən yeni nəsil özüyeriyən artilleriya sistemi Nora-B52 NG-ni təqdim edib.
"İnformator.az" "Musavat.com"a istinadla xəbər verir ki, tədbir çərçivəsində təqdim olunan bu sistemin Azərbaycan Ordusu üçün nəzərdə tutulduğu bildirilir.
Məlumata görə, Azərbaycan 2024-cü ilin əvvəlində 48 ədəd Nora-B52 NG artilleriya sistemi üçün sifariş verib. Təchizatlar hazırda davam edən sınaq və sertifikatlaşdırma mərhələlərinin tamamlanmasından sonra 2025-ci ilin sonuna qədər planlaşdırılır.
