00:00:00
Yazar
Admin User
09.09.2025 06:04 83 1 dəq oxuma
Dünya

Ermənistan ABŞ ilə "Tramp Marşrutu" üzrə danışıqlar keçirəcək

Ermənistan ABŞ ilə "Tramp Marşrutu" üzrə danışıqlar keçirəcək

Ermənistan yaxın zamanda ABŞ tərəfi ilə "Beynəlxalq sülh və rifah naminə Tramp Marşrutu" layihəsinin (TRIPP, Cənubi Qafqaz vasitəsilə Avropanı Mərkəzi Asiya ilə birləşdirən Zəngəzur dəhlizinin bir hissəsi) həyata keçirilməsi ilə bağlı danışıqlar aparmağı planlaşdırır.

 

"İnformator.az" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan bildirib.

 

"Yaxın zamanda ABŞ tərəfi ilə danışıqlar planlaşdırılır. Buraya "Tramp Marşrutu"nun həyata keçirilməsi ilə bağlı müzakirələr də daxildir", - o qeyd edib.

 

Qurumun nümayəndəsinin sözlərinə görə, amerikalı tərəfdaşların İrəvana səfəri və keçirilmiş müzakirələr barədə məlumat müvafiq vaxtda təqdim ediləcək.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər