Ermənistan baş nazirinin müavini və ABŞ səfiri Cənubi Qafqazda kommunikasiyaların açılmasını müzakirə ediblər
Ermənistanın baş nazirinin müavini Mqer Qriqoryan və ABŞ-nin İrəvandakı səfiri Kristina Kuin Cənubi Qafqazda kommunikasiyaların açılması perspektivlərini müzakirə ediblər.
Bu barədə "İnformator.az" Ermənistan hökumətinin məlumatına istinadən xəbər verir.
"Görüş zamanı tərəflər Ermənistan və Azərbaycan arasında avqustun 8-də Vaşinqtonda əldə edilmiş razılaşmaların, həmçinin ABŞ və Ermənistan arasında imzalanmış anlaşma memorandumlarının əhəmiyyətini vurğulayıblar. Bu kontekstdə Ermənistan-ABŞ münasibətlərinin inkişaf imkanları və regionda kommunikasiyaların açılması perspektivləri barədə fikir mübadiləsi aparılıb", - məlumatda qeyd olunub.