00:00:00
Yazar
Admin User
31.08.2025 11:11 100 1 dəq oxuma
Dünya

Ermənistan Çinin Tayvanla bağlı mövqeyini dəstəklədiyini bəyan edib

Ermənistan Çinin Tayvanla bağlı mövqeyini dəstəklədiyini bəyan edib

 

Tayvan Çin ərazisinin ayrılmaz hissəsidir, Ermənistan istənilən formada Tayvanın müstəqilliyinə qarşıdır.


"İnformator.az"ın xəbərinə görə, bu barədə Ermənistan və Çin arasında strateji tərəfdaşlığın qurulmasına dair birgə bəyanatda bildirilib.

 

"Ermənistan tərəfi dünyada yalnız bir Çin olduğunu qəbul edərək, "Vahid Çin" prinsipini dəstəkləmək mövqeyini bir daha təsdiqləyir. Tayvan Çin ərazisinin ayrılmaz hissəsidir və Çin Xalq Respublikası hökuməti bütün Çini təmsil edən yeganə qanuni hökumətdir", -  Ermənistan hökumətinin saytında dərc olunan bəyanatda vurğulanır. 


Bundan əlavə, Ermənistan və Çin sənaye, informasiya və telekommunikasiya, kənd təsərrüfatı, enerji, süni intellekt kimi sahələrdə əməkdaşlığı gücləndirmək üçün qarşılıqlı investisiyaları daha da artırmağa hazır olduqlarını bildirib.

"Tərəflər informasiya texnologiyaları, innovasiyalar və süni intellekt sahələrində əməkdaşlığın vacibliyini vurğulayır və innovasiya mərkəzlərinin, elmi-texnoloji parkların, birgə tədqiqat mərkəzlərinin yaradılmasını asanlaşdırmağa hazır olduqlarını bildirirlər", - məlumatda diqqətə çatdırılıb. 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər