00:00:00
Yazar
Admin User
03.08.2023 08:51 351 1 dəq oxuma
Dünya

Ermənistan kvadrokopterlərə möhtac qalıb

Ermənistan kvadrokopterlərə möhtac qalıb

Ermənistan qiyməti Pilotsuz uçuş aparatları ilə müqayisədə xeyli ucuz olan kvadrokopterlərdən istifadə etməyə başlayıb.

 

İnformator.az xəbər verir ki, Ermənistan silahlı qüvvələri Gorus rayonunun Dığ yaşayış məntəqəsindən "DJI Mavic 3" kvadrokopteri qaldıraraq Laçın rayonu istiqamətində yerləşən mövqelərimizi müşahidə etməyə cəhd göstərib. Müdafiə Nazirliyinin məlumatına görə, ordumuzun bölmələri kvadrokopteri ələ keçirib. Sözügedən aparatın bazar qiyməti 40 dollardan başlayır. Hərbi ekspertlərin bildirdiyinə görə, Ermənistanın hazırkı büdcəsi yalnız mülki təyinatlı kvadrokopterlər almağa imkan verir.

 

Hərbi ekspert Elxan Şıxəliyevin sözlərinə görə, ermənilər kvadrokopterlərini təmas bölgəsində yerləşən bölmələrimizin üzərində uçurdaraq hərbi kəşfiyyat məlumatlarını toplamağa cəhd edir: “Bizim ərazilərimizdə indi inşaat işləri aparan şirkətlərin son vəziyyətləri nə yerdədir, yollar, kommunikasiyalar, cəbhədəki vəziyyətlə marqlanırlar. İstər sərhəd xidmətimizin bölmələri, istər müdafiə nazirliyinin bölmələrinin dislakasiya rayonlarını aşkar etmək, onları hərbi xəritələrdə qeyd etmək və onların xüsusi planlarını hazırlamaq üzrə bir fəaliyyət icra edirlər. Onlar təkcə Gorus istiqamətində yox, mümkün ola bilən bütün istiqamətlərdə bunu edəcəklər, və əllərində olan vasitə budur”.

 

Aysu

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər