00:00:00
Yazar
Admin User
29.09.2025 09:09 97 1 dəq oxuma
Dünya

Ermənistan və ABŞ dinc atom sahəsində əməkdaşlıq haqqında danışıqlara başlayıb

Ermənistan və ABŞ dinc atom sahəsində əməkdaşlıq haqqında danışıqlara başlayıb

Ermənistan və ABŞ nüvə enerjisindən dinc məqsədlər üçün istifadə sahəsində "123 Sazişi"nin bağlanması ilə bağlı danışıqlara başlayıb.

 

"İnformator az" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə ölkə XİN-i məlumat yayıb.

 

Danışıqlarda Ermənistanın xarici işlər nazirinin müavini Robert Abisoqomonyan, ABŞ dövlət katibinin köməkçisinin müavini Qonsalo Suares, Ermənistanın ABŞ-dəki səfiri Narek Mkrtçyan və ABŞ-nin Ermənistandakı səfiri Kristina Kvin iştirak ediblər. R.Abisoqomonyan nüvə enerjisindən dinc məqsədlər üçün təhlükəsiz və etibarlı istifadənin Ermənistanın prioritetlərindən biri olduğunu qeyd edib və ölkəsinin nüvə silahlarının yayılmaması ilə bağlı beynəlxalq prinsiplərə sadiqliyini təsdiqləyib. İştirakçılar İrəvan və Vaşinqtonun avqustun 8-də imzalanmış Anlaşma Memorandumunun həyata keçirilməsi istiqamətində addımlar atdığını qeyd edib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər