Ermənistan və İran arasında 11 sənəd imzalanıb
Ermənistan Baş naziri Nikol Paşinyan və İran Prezidenti Məsud Pezeşkian arasında keçirilən geniştərkibli görüşdən sonra tərəflər arasında bir sıra sənədlər imzalanıb.
"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.
Görüş başa çatdıqdan sonra Ermənistan Respublikasının Prezident sarayında Nikol Paşinyan və Məsud Pezeşkian arasında birgə bəyanat imzalanıb.
Ermənistan və İran Xarici İşlər Nazirliyi arasında 2025-2027-ci illər üçün siyasi məsləhətləşmələr haqqında memorandum imzalanıb.
Ermənistan İqtisadiyyat Nazirliyi və İran Milli Standartlar Təşkilatı arasında standartlaşdırma, akkreditasiya, uyğunluğun qiymətləndirilməsi, metrologiya və texniki tənzimləmə sahələrində əməkdaşlıq haqqında Anlaşma Memorandumu da imzalanıb.