00:00:00
Yazar
Admin User
17.12.2025 19:20 106 1 dəq oxuma
Siyasət

Ermənistan və Lüksemburq strateji tərəfdaşlıq haqqında bəyannamə imzalayıb

Ermənistan və Lüksemburq strateji tərəfdaşlıq haqqında bəyannamə imzalayıb

Ermənistan və Lüksemburq Xarici İşlər nazirləri Ararat Mirzoyan və Xavyer Bettel iki ölkə arasında strateji tərəfdaşlıq haqqında birgə bəyannamə imzalayıb.


Mövzu ilə bağlı politoloq Zeynal Əmrəliyev "İnformator.az"a açıqlamasında bildirib ki,
 Ermənistanın ümumilikdə Avropa ölkələri ilə, xüsusilə NATO üzvü olan dövlətlərlə münasibətlərini gücləndirməsi, Rusiya ilə münasibətlərdə gərginliyin artmasına səbəb olan mühüm amillərdən biridir:

 

"Lüksemburq kiçik bir dövlət olsa da, Avropanın və NATO-nun əsas qərarverici qüvvələrindən biridir. Bu baxımdan Ermənistanın Lüksemburqla münasibətləri inkişaf etdirməsi kifayət qədər geniş qiymətləndirilə bilər və Ermənistanın Qərblə əməkdaşlığına ciddi töhfə verə bilər. Hazırda Ermənistan Qərblə yaxınlaşmaq üçün yeni strategiyalardan istifadə edir. Lüksemburq kimi icraedici qüvvəyə malik ölkələrlə əməkdaşlıq mühiti qurmaq istəyir. Son zamanlar Ermənistanla Rusiya arasında münasibətlərin gərginləşməsi müşahidə olunur. Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) üzvlüyünü faktiki olaraq dondurması, MDB və Avrasiya İqtisadi Birliyi kimi Rusiya mərkəzli təşkilatlarda passivləşməsi də buna sübutdur. Bu fondda Ermənistanın Qərbə doğru daha da yaxınlaşması və Qərb ölkələri ilə strateji əməkdaşlıq müqavilələr imzalaması onun rəsmi İrəvanın Rusiyaya rəğmən qərbə doğru inteqrasiyasına necə sürətləndiridiyini və bu prosesin davam etdirəcəyinin göstəricisidir. Böyük ehtimalla yaxın gələcəkdə Ermənistanın digər Avropa və NATO ölkələri ilə də bənzər əməkdaşlıq sənədləri imzalamasının şahidi olacağıq".


Günel Əlili

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər