00:00:00
Yazar
Admin User
22.08.2025 06:09 79 1 dəq oxuma
Dünya

Ermənistana qazın verilişi dayandırılacaq

Ermənistana qazın verilişi dayandırılacaq

 

Gürcüstan ərazisində qəza-bərpa işlərinin aparılması zərurəti ilə əlaqədar Ermənistana qaz təchizatı müvəqqəti dayandırılacaq.

 

"İnformator.az" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə “Qazprom Armeniya” şirkəti məlumat yayıb.

 

"İşlər "Qırmızı Körpü-Sevkar-Berd" tranzit magistral qaz kəmərində aparılacaq. Bununla əlaqədar, avqustun 22-də saat 06:00-dan etibarən təchizat bir gün müddətinə dayandırılacaq", - şirkətdən bildirilib.

 

Qeyd edilib ki, həmin müddət ərzində respublikanın istehlakçıları daxili ehtiyatlar və İrandan əlavə həcmdə təbii qaz tədarükü hesabına qazla təmin ediləcək.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər