00:00:00
Yazar
Admin User
22.08.2025 07:56 111 1 dəq oxuma
Dünya

Ermənistanda insanları mitinqdə iştiraka sövq edənlər həbs edilib

Ermənistanda insanları mitinqdə iştiraka sövq edənlər həbs edilib

 

Ermənistanda hüquq-mühafizə orqanları "Taşir" şirkətlər qrupunun rəhbəri Samvel Karapetyana dəstək üçün keçirilən mitinqdə vətəndaşları iştiraka "məcbur etmə" və "maddi şirnikləndirmə" işi üzrə iki nəfəri həbs ediblər.

 

"İnformator.az" erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə İstintaq Komitəsi məlumat verib.

 

İstintaqçılar iddia edirlər ki, bir qrup şəxs iyulun 4-də İrəvanda keçirilən mitinqdə insanların iştirakını təmin etmək məqsədilə "Ermənistanın müxtəlif bölgələrindən olan bir çox sakini maddi baxımdan şirnikləndirib".

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər