00:00:00
Yazar
Admin User
24.12.2025 08:22 89 1 dəq oxuma
Dünya

Ermənistanda parlament seçkiləri 2026-cı ilin iyununda keçiriləcək

Ermənistanda parlament seçkiləri 2026-cı ilin iyununda keçiriləcək

Ermənistanda parlament seçkiləri 2026-cı il iyun ayının 2-dən 12-dək keçiriləcək.

 

"İnformator.az" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə mətbuat konfransında Ermənistan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Vaaqn Ovakimyan bildirib.

 

"Konstitusiyaya əsasən, seçkilərin gözlənilən keçirilmə tarixi növbəti ilin 2-dən 12 iyununadəkdir. Seçkilər bu on gün ərzində keçirilməlidir", - V.Ovakimyan deyib. MSK sədri həmçinin seçkilərin keçirilmə gününü dəqiq öyrənmək üçün Ermənistan Prezidentinin seçki tarixinin təyin edilməsi ilə bağlı rəsmi qərarını gözləməli olduqlarını deyib. KİV xəbər verir ki, Ermənistanda əvvəlki parlament seçkiləri 2021-ci il iyunun 20-də keçirilib.

 

 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər