00:00:00
Yazar
Admin User
14.08.2025 06:47 78 1 dəq oxuma
Dünya

Ermənistanda yeni Konstitusiyasının hazırlanması ilə bağlı iclaslar keçiriləcək

Ermənistanda yeni Konstitusiyasının hazırlanması ilə bağlı iclaslar keçiriləcək

 

 

Ermənistanın Konstitusiya İslahatları Şurası yaxın vaxtlarda ölkənin yeni Konstitusiyasının hazırlanması ilə bağlı iclaslar keçirəcək.

 

"İnformator.az" xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.


Qeyd olunub ki, Şura uzun fasilədən sonra bir neçə həftə əvvəl ilk iclasını keçirib.

 

Xatırladaq ki, bu ilin fevralında Paşinyan vətəndaşlara müraciətində Ermənistanın yeni Konstitusiyasının qəbul edilməsi üçün ümumxalq referendumunun keçirilməsinin zəruriliyini vurğulamışdı.

 

Daha əvvəl Ermənistan hökumətinin nümayəndələri 2026-cı ildə keçiriləcək parlament seçkilərinə qədər Konstitusiyanın yeni mətninin hazırlanmasının planlaşdırıldığını bildirmişdilər.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər