00:00:00
Yazar
Admin User
25.07.2023 08:17 270 1 dəq oxuma
Dünya

Ermənistandakı aksiyalar xarici qüvvələrə işləyir

Ermənistandakı aksiyalar xarici qüvvələrə işləyir

İrəvanda etirazçıların Laçın dəhlizinin “bloklanması” nəticəsində guya Xankəndidə humanitar problemlər yarandığına diqqət çəkmək istəyi nəticəsiz qalıb. Politoloq Turab Rzayev bunu Ermənistandakı mövcud vəziyyətlə əlaqələndirir. Belə ki artıq erməni əhalisi Paşinyanın sülhə imza atmasında maraqlıdır. Çünki onlar yeni bir müharibə ilə üzləşmək istəmirlər. Etiraz edənlər isə sayında da bəlli oldğu kimi Ermənistan Azərbaycan münasibətlərinin normallaşmasında rolu olmayacaq qüvvədir.


Politoloq İlyas Hüseynovun sözlərinə görə, zaman-zaman bir çox dövlətlərin öz maraqları üçün istifadə etdiyi Ermənistan bu dəfə də aksiyaları ilə xarici qüvvələrə yardım edir: “Həm Ağdam yolunda Vardanyanın başlatdığı, həm də Araik Artunyanın dəstək verdiyi Ermənistanın daxilindəki aksiya Azərbaycan-Ermənitan münasibətlərinin müsbətə doğru irəliləməsini istəməyən qüvvələrin dəyirmanına su tökür. Aksiyanın arxasında kimin olduğundan və miqyasından aslı olmayaraq proseslərin gedə biləcəyi tək yol sülhdür. Və Azərbaycan bu yolda addımlarını qəti atır”.


Aynurə

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər