00:00:00
Yazar
Admin User
11.09.2025 07:16 85 1 dəq oxuma
Dünya

Ermənistanın hakim partiyasının qurultayı keçiriləcək

Ermənistanın hakim partiyasının qurultayı keçiriləcək

Sentyabrın 20-də Ermənistanın hakim "Vətəndaş müqaviləsi" partiyasının yeddinci qurultayı keçiriləcək.

 

"İnformator.az" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə Baş nazir Nikol Paşinyan sosial şəbəkələrdə yazıb.

 

"Qurultaya hazırlaşırıq", - baş nazir bildirib.

 

Qurultayın gündəliyinə daxil olan əsas məsələlərdən biri partiyanın yeni proqramının qəbul edilməsi ilə bağlıdır.

 

N.Paşinyan həmçinin sosial şəbəkədə partiyanın nizamnaməsinin yeni redaksiyasının layihəsini, yeni proqramın layihəsini və qurultayın gündəliyini dərc edib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər