Ermənistanın iqtisadiyyat naziri "Tramp marşrutu"nu müzakirə etmək üçün ABŞ-yə gedəcək
Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan Zəngəzur dəhlizi təşəbbüsü, yaxud Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu (TRIPP) layihəsini müzakirə etmək üçün ABŞ-yə səfər edəcək.
"İnformator.az" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə o, keçirdiyi brifinqdə məlumat verib.
Onun sözlərinə görə, layihənin təfərrüatlarına Ermənistan və ABŞ nümayəndə heyətləri arasında danışıqlar zamanı aydınlıq gətiriləcək.