Ermənistanla bağlı irimiqyaslı əməliyyat
Avropa İttifaqı (Aİ) 2026-cı ildə Ermənistanda keçiriləcək parlament seçkiləri ilə bağlı hazırlığa başlayıb.
"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, bu barədə Rybar.ru məlumat yayıb.
Rusiya portalı bildirib ki, Aİ “ProElect” layihəsi vasitəsilə Ermənistanda keçiriləcək seçkilərə hazırlıqla bağlı genişmiqyaslı proqrama start verib:
“Brüssel “dezinformasiyaya qarşı mübarizə” adı altında ölkənin seçki prosesini və media məkanını nəzarətə götürməyi planlaşdırır.
“ProElect” layihəsi nədir? Bu, “vətəndaş cəmiyyəti subyektlərinin iştirakı və potensialının artırılması yolu ilə “Şərq Tərəfdaşlığı” proqramında ölkələrində seçki proseslərində hesabatlılığı təşviq etmək” məqsədi daşıyan Aİ-nin regional layihəsidir. Məqsəd seçkilərin monitorinqində vətəndaş cəmiyyətinin rolunu “gücləndirməkdir”.
Layihə Fransanın ERIM QHT-si tərəfindən xüsusi olaraq “demokratiyaya dəstək” üçün ayrılmış 270 milyon avro büdcə ilə həyata keçirilir. Qrantlar “seçicilərin maarifləndirilməsi” və “nifrət nitqi ilə mübarizə” üçün KİV və QHT-lərə verilir. LGBT təşkilatlarına xüsusi üstünlük verilir.