Ermənistanla sərhəddə vəziyyət dəyişir
“İran Prezidenti Məsud Pezeşkianla ölkənin Ali rəhbəri Əli Xamenei arasında Zəngəzur dəhlizinə yanaşmada ziddiyyətlər var”.
"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, bunu erməni politoloq Benjamin Poqosyan deyib.
Ekspert bildirib ki, avqustun 8-də məsələ ilə bağlı ABŞ-də əldə edilən razılaşmaya İran bir neçə fərqli reaksiya verib:
“Məsələn, Xameneiyə yaxın dairələr və SEPAH daha sərt bəyanatlar verib. Pezeşkian və Əraqçi daha yumşaq bəyanatlar verərək, yolun Ermənistanın yurisdiksiyasında olacağını iddia edərək, bunun İranın “qırmızı xətlərini” qoruduğuna inanırlar.