Estoniya Rus döyüş təyyarələrinin hava məkanını "həyasızcasına" pozmasını pisləyib
Rusiya döyüş təyyarələri Estoniyanın hava məkanını pozub, Tallinn Xarici İşlər Nazirliyi bu müdaxiləni “həyasızlıq” kimi pisləyib.
Bildirilib ki, Rusiyanın üç MiQ-31 qırıcısı cümə günü Finlandiya körfəzi üzərində “İcazəsiz Estoniya hava məkanına daxil olub və orada cəmi 12 dəqiqə qalıb”.
Nazirlik Rusiyanın müvəqqəti işlər vəkilini "etiraz bildirmək üçün" çağırdığını bildirib, Aİ-nin baş diplomatı Kaja Kallas isə müdaxiləni "son dərəcə təhlükəli təxribat" kimi qiymətləndirib.
Estoniya mediası Rusiya təyyarələrinin NATO üzvünün hava məkanında transponderlərinin söndürüldüyünü bildirib.
Rusiya hərbçiləri məsələ ilə bağlı açıqlama verməyib.
BBC news
Cavahir Əsgərbəyli