00:00:00
Yazar
Admin User
13.09.2025 16:11 104 1 dəq oxuma
Dünya

Etirazlar Makronun istefası ilə nəticələnməlidir

Etirazlar Makronun istefası ilə nəticələnməlidir

Fransa Milli Assambleyası oktyabrda işə başladıqda sol müxalifət yeni baş nazir Sebastyen Lekornunun rəhbərlik etdiyi kabinetə etimadsızlıq təklifini parlamentində səsverməyə çıxarmaq niyyətindədir.


"İnformator.az" xəbər verir ki, bu barədə "Tabe olmayan Fransa" solçu partiyasının milli koordinatoru Manuel Bompard "X" sosial şəbəkə hesabında yazıb.


"Biz danışıqlar barədə komediya oynamaq fikrində deyilik və Lekornu haqqında etimadsızlıq qətnaməsi təqdim edəcəyik", – deyə o yazıb.


M.Bompardın sözlərinə görə, bu belə ölkənin siyasi kursunu dəyişmək üçün kifayət etməyəcək. "Prezident Emmanuel Makronla siyasətdə heç bir dəyişiklik ola bilməz. Etirazların nəticəsi onun istefası olmalıdır", - Bompard bildirib.


Makron daha əvvəl demişdi ki, 2027-ci ildə səlahiyyət müddəti bitənə qədər prezident postunu tərk etməyəcək.


Xatırladaq ki, Lekornu sentyabrın 9-da Fransa Baş naziri təyin edilib. O hələ hökuməti formalaşdırmayıb.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər