"Eurofighter Typhoon" üçün Anlaşma Memorandumu imzalanıb
Milli Müdafiə Naziri Yaşar Güler, Böyük Britaniyanın Müdafiə Naziri Con Hili ilə görüşərək, Türkiyənin Eurofighter Typhoon döyüş təyyarəsinin istifadəçisi kimi qəbul edilməsinə dair tam əhatəli bir razılaşmaya yönəlmiş Anlaşma Memorandumu imzalayıb.
Milli Müdafiə Naziri Yaşar Güler bildirib: "Hörmətli həmkarımla imzaladığımız bu anlaşma memorandumu bizi Eurofighter Typhoon mövzusunda tam əhatəli bir razılaşmaya bir addım daha yaxınlaşdırır. Ölkəmizin Eurofighter Typhoon icmasına qoşulması istiqamətində atılan bu müsbət addımı məmnuniyyətlə qarşılayır və zəruri tənzimləmələrin ən qısa müddətdə tamamlanması üçün ortaq iradəmizi bir daha ifadə etmək istəyirəm".
TRT XƏBƏR
Səmayə Səftərova