00:00:00
Yazar
Admin User
01.10.2025 16:38 98 1 dəq oxuma
Siyasət

“Euronews" İlham Əliyevin çıxışından reportaj hazırlayıb

“Euronews" İlham Əliyevin çıxışından reportaj hazırlayıb

Prezident Ermənistanla 30 illik münaqişədən sonra Azərbaycanın ərazi bütövlüyünü bərpa etdiyini və sülhün təmin edildiyini bildirib. O, Vaşinqtonda imzalanan sülh müqaviləsinin tarixi əhəmiyyətini qeyd edərək, ATƏT-in Minsk Qrupunun fəaliyyətinin dayandırılmasının münaqişənin sonlandığını göstərdiyini qeyd edib.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Oqtay Qasımov bildirib ki, Azərbaycan Prezidentinin BMT tribunasındakı çıxışı bir çox vacib məqamları bir daha ortaya qoydu:

 

“Azərbaycan Prezidenti həm işğalın tarixi ilə bağlı beynəlxalq hüquq və Azərbaycan ərazisində baş verən işğal dövrü baş verən cinayətlərlə cinayətlərə toxunmaqla, eyni zamanda hal hazırda aparılan proseslə bağlı öz fikirlərini söylədi. və ATƏT in Minsk qrupunun buraxılması xüsusi qeyd olundu, Çünki qeyd olundu ki, ATƏT in Minsk qrupu fəaliyyət göstərdiyi müddətdə münaqişənin həlli istiqamətində deyil, daha çox münaqişənin dondurulması və işğalın legitimləsinin legitimləşdirilməsi ilə məşğul olub və hazırda bu qurum öz fəaliyyətini dayandırıb. Ermənistan Azərbaycan sülh prosesi irəliləmək, barışıq əldə olunandan sonra, şübhəsiz ki, regional müstəvidə Güney Qafqazda proseslər daha dinamik şəkildə inkişaf edəcək. Tərəflər arasında əməkdaşlıq formatları qurulacaq və Azərbaycanla Ermənistan arasında iqtisadi əlaqələr də qurulması şübhəsiz ki, mümkündür".

 

Reyhan Quliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər