00:00:00
Yazar
Admin User
23.09.2025 18:03 135 2 dəq oxuma
Dünya

F-35 və F-16 tədarükü məsələsinin müzakirə edilməsi planlaşdırılır

F-35 və F-16 tədarükü məsələsinin müzakirə edilməsi planlaşdırılır

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Donald Trampla F-35 və F-16 qırıcılarının tədarükünü müzakirə etməyi planlaşdırır.

 

 

Mövzu ilə bağlı politoloq Yusif Bağırzadə "İnformator.az"a açıqlamasında bildirib ki, səfər öncəsi həm Trampın, həm də Ərdoğanın qarşılıqlı müsbət bəyanatları olub:

 

 

"Ərdoğanın ABŞ-yə rəsmi səfəri ərəfəsində onun həm BMT Baş Assambleyasının 80 illik yubileyində iştirakı, həm də ABŞ Prezidenti Tramp ilə ilk dəfə rəsmi görüşü baş tutub. Tramp bu ilin əvvəlində hakimiyyətə gəldikdən sonra nə rəsmi Ankara Vaşinqtona səfər etdib, nə də Ərdoğan ABŞ-yə gedib. Səfər öncəsi həm Trampın, həm də Ərdoğanın qarşılıqlı müsbət bəyanatları olub. Tərəflər iki ölkə arasında ticarət dövriyyəsini 100 milyard dollara çatdırmağı planlaşdırırlar. Bu əsasən, Türkiyənin ABŞ-dən Boeing təyyarələri alması, eləcə də F-16 və F-35 məsələlərinin həlli ilə bağlıdır. Tramp qeyd edib ki, "biz Türkiyə ilə hər iki tərəf üçün səmərəli, böyük ticarət müqaviləsi imzalayacağıq". Türkiyənin S-400 sistemini alması fonunda ABŞ ilə ticarət əlaqələri zəifləsə də, hətta Türkiyə F-35 proqramından çıxarılmış olub. Halbuki F-35 təyyarələrinin bəzi hissələri Türkiyədə istehsal olunub. Bu məsələnin də həlli üçün yeni razılaşmalardan danışılır. F-35-lə bağlı istənilən müqavilə ABŞ Konqresi və Senatından keçməlidir. Digər yandan, Türkiyə ABŞ-dən gələn məhsullara tətbiq etdiyi 145%-lik gömrük rüsumunu bu səfər öncəsi ləğv edib. Artıq bu məhsullara əlavə rüsum tətbiq olunmayacaq. İki ölkə arasında xüsusilə metal, alüminium və digər sahələrdə böyük ticarət anlaşmaları mövcuddur. Bu səfərin olduqca müsbət nəticələr verəcəyi və ABŞ ilə, NATO-da ABŞ-dən sonra ikinci böyük müttəfiq hesab olunan Türkiyə arasında yeni bir səhifənin açılacağı gözlənilir. Türkiyə ilə ABŞ arasında Boeing təyyarələrinin, o cümlədən sərnişin təyyarələrinin alınması ilə bağlı 200-ə yaxın təyyarənin tədarükü gözlənilir. Digər tərəfdən, F-16 və F-35 məsələlərinin də müzakirə olunacağı və bu məsələlərin müsbət həllini tapacağı ehtimal olunur. Bundan əlavə, alüminium və metal sənayesi sahəsində də böyük müqavilələrin imzalanacağı gözlənilir".

 

Səmayə Səftərova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər