00:00:00
Yazar
Admin User
16.08.2025 10:37 78 1 dəq oxuma
Dünya

FHN silsilə maarifləndirmə tədbirləri keçirib

FHN silsilə maarifləndirmə tədbirləri keçirib

Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları tərəfindən fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib.

 

"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, bu barədə qurumun Mətbuat xidmətindən bildirilib.


Bel
ə ki, FHN-in Dövlət Yanğın Nəzarəti, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətlərinin mütəxəssislərinin də iştirakı ilə, Bakı Regional Mərkəzi tərəfindən Nəsimi rayon 20 nömrəli və Nizami rayon 26 nömrəli şəhər poliklinikalarında, Sumqayıt Regional Mərkəzi tərəfindən Sumqayıt şəhər 7 nömrəli Ailə Sağlamlıq Mərkəzində, Gəncə Regional Mərkəzi tərəfindən Daşkəsən rayonunun Əmirvar kənd sakinləri ilə, Gəncə şəhər 32 nömrəli körpələr evi-uşaq bağçasında, Gəncə şəhər 2 nömrəli Birləşmiş Uşaq Xəstəxanasında və Gədəbəy rayonu, Düz Rəsullu bələdiyyəsində, Aran Regional Mərkəzi tərəfindən Ağdaş rayon Mərkəzi Kitabxanasında, Goranboy rayon və Mingəçevir şəhər Gigiyena və Epidemiologiya mərkəzlərində, Şimal-qərb Regional Mərkəzi tərəfindən Qax Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsində və Zaqatala rayonu “14 nömrəli Yol İstismarı” MMC-də, Muğan Regional Mərkəzi tərəfindən Azərbaycan Qida Təhlükəsizliyi Agentliy Şirvan-Salyan Regional bölməsində, Şimal Regional Mərkəzi tərəfindən Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsində, Qusar rayon Dövlət Aqrar İnkişaf Mərkəzində və Siyəzən rayon Gigiyena və Epidemologiya Mərkəzində maarifləndirmə tədbiriləri keçirilib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər