00:00:00
Yazar
Zəri Bayramlı
13.06.2026 20:10 22 1 dəq oxuma
Dünya

FİDES-in yenidən sədri seçilən Orban iqtidara qayıtmaq niyyətindədir

FİDES-in yenidən sədri seçilən Orban iqtidara qayıtmaq niyyətindədir

Macarıstanın keçmiş Baş naziri Viktor Orban daha bir il müddətinə Fidesz-Macarıstan Vətəndaş Birliyi Partiyasının sədri seçilib.

 

"İnformator.az" xəbər verir ki, qərar partiyanın Budapeştdə keçirilən milli qurultayında qəbul edilib.

 

Viktor Orbanın lehinə 729 nümayəndə səs verib, 8 nəfər bitərəf qalıb.

Qurultayda həmçinin yeni partiya rəhbərlərinin müavinləri və ölkənin bütün bölgələrini təmsil edəcək idarəetmə şurasının üzvləri seçilib. Nümayəndələr FİDES-i kökündən yenidən qurmaq, üzvlərini yeniləmək və seçicilərin, xüsusən də gənclərin dəyişən baxışlarını və tələblərini nəzərə alan yeni bir partiya proqramı hazırlamaq qərarına gəliblər.

Orban təslim olmaq niyyətində olmadığını və FİDES-in hakimiyyətə qayıtmasını təmin etmək üçün mübarizə aparacağını bildirib.

 

#yeni #yenidən #qayıtmaq #niyyətindədir
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər