00:00:00
Yazar
Admin User
11.12.2024 17:02 340 1 dəq oxuma
İdman

FIFA Dünya Kuboku ev sahiblərini açıqladı! Mərakeş, Portuqaliya, İspaniya və Səudiyyə Ərəbistan

FIFA Dünya Kuboku ev sahiblərini açıqladı! Mərakeş, Portuqaliya, İspaniya və Səudiyyə Ərəbistan

FIFA-nın açıqlamasına görə, 2030-cu il Dünya Kubokuna Mərakeş, İspaniya və Portuqaliya, 2034-cü il Dünya Kubokuna isə Səudiyyə Ərəbistanı ev sahibliyi edəcək.

 

FIFA tərəfindən bildirilib ki, 2030-cu il Dünya Kubokuna Mərakeş, Portuqaliya və İspaniya ev sahibliyi edəcək.

 

Bundan əlavə, turnirin 100-cü ildönümü şərəfinə ilk üç oyun Uruqvay, Argentina və Paraqvayda keçiriləcək. Bu 6 ölkə də avtomatik olaraq turnirə qatılma hüququ qazanacaq.

 

Turnirin açılış oyununun 1930-cu ildəki turnirin finalında qarşılaşan Argentina və Uruqvay arasında keçirilməsi planlaşdırıldığı iddia edilir. Qeyd edək ki, 1930-cu ildə ilk dəfə təşkil olunan Dünya Kubokunu Uruqvay qazanmışdı.

 

2034-cü il Dünya Kuboku isə gözlənildiyi kimi Səudiyyə Ərəbistanında keçiriləcək. Səudiyyə Ərəbistanı tarixində ilk dəfə futbolun ən böyük turnirinə ev sahibliyi edəcək.

 

Mənbə: Milliyət

Fatimə Abdulrəhimli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər