00:00:00
Yazar
Admin User
01.09.2025 14:05 65 1 dəq oxuma
Dünya

Filenin Sultanları dörddəbir final üçün meydana çıxır

Filenin Sultanları dörddəbir final üçün meydana çıxır

2025 FIVB Qadınlar Dünya Voleybol Çempionatında Türkiyə bu gün 1/8 final mərhələsində Sloveniya ilə qarşılaşacaq.

 

 

Tailandda keçirilən turnirdə bu oyunun qalibi 1/4 finala yüksələcək və ABŞ–Kanada oyununun qalibi ilə qarşılaşacaq. Türkiyə qrup lideri olub və üç oyununu da set vermədən başa vurub; İspaniya, Bolqarıstan və Kanadanı 3-0 hesabı ilə məğlub edib. Sloveniya isə ABŞ-a 3-1, Çexiyaya 3-2 hesabı ilə uduzub, Argentinanı isə 3-0 məğlub edib.

 

Türkiyə millisinin heyətində bu voleybolçular yer alır: Cansu Özbay, Elif Şahin, Melissa Vargas, Ebrar Karakurt, Hande Baladın, Derya Cebecioğlu, İlkin Aydın, Yaprak Erkek, Eda Erdem Dündar, Zehra Güneş, Aslı Kalaç, Sinead Jack-Kısal, Gizem Örge və Eylül Akarçeşme Yatgın.

 

 BBC News

 Səmayə Səftərova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər