00:00:00
Yazar
Səadət Əlizadə
27.10.2026 14:33 23 1 dəq oxuma
Siyasət

Finlandiya və Norveç liderləri Putinlə telefon danışığı aparıb

Finlandiya və Norveç liderləri Putinlə telefon danışığı aparıb

Rusiya prezidenti Vladimir Putinin Stubb və Norveç baş Störe ilə telefon danışığı Finlandiya və Norveç liderlərinin xahişi ilə baş tutub.

 

"İnformator.az" bürosu xəbər verir ki, bu barədə Kremlin yaydığı məlumatda bildirilib.

 

Qeyd olunub ki, liderlər Ukrayna böhranının həlli ilə bağlı məsələləri müzakirə ediblər.

 

Telefon danışığı zamanı Putin Ukraynadakı münaqişə zonasındakı mövcud vəziyyəti qiymətləndirib və onun köklü səbəblərini xatırladıb.

 

Rusiya prezidenti qeyd edib ki, Ukraynada ədalətli, uzunmüddətli sülh yalnız Rusiyanın maraqları nəzərə alındıqda mümkündür.

 

Putin Ukraynadakı münaqişəni uzadan NATO və Avropa İttifaqı ölkələrinin qarşıdurma siyasətinə diqqət çəkib.


O, Finlanlandiya və Norveç liderlərini ABŞ-nin vasitəçiliyi ilə Aleşki şəhəri ərazisində aparılan humanitar əməliyyat barədə məlumatlandırıb.

 

Putin və Finlandiya və Norveç liderləri birbaşa telefon əlaqəsini davam etdirmək barədə razılığa gəliblər.

 

Putin Stubb və Störe ilə söhbəti zamanı Baltik dənizində və Şimali Avropada təhlükəsizlik məsələlərini müzakirə edib.

 

Liderlər beynəlxalq dəniz hüququna və naviqasiya azadlığı prinsipinə riayət etməyin vacibliyini bir daha təsdiqləyiblər.

#danışığı #telefon #yeni #norveç
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər