Finlandiyada prezident seçkiləri ikinci tura keçib
Finlandiyada keçirilən prezident seçkilərində keçmiş baş nazir Aleksandr Stubb irəlidə olsa da, heç bir namizəd 50 faizdən çox səs toplamadığı üçün seçki ikinci tura keçib.Stubb prezident seçkilərinin ikinci turunda keçmiş xarici işlər naziri Pekka Haavisto ilə yarışacaq.
Dünən prezident seçkiləri ilə bağlı Finlandiyada səslərin hesablanması başa çatıb. Qeyri-rəsmi nəticələrə görə, keçmiş baş nazir Stubb 27,2 faiz səslə yarışı qabaqlayıb, keçmiş xarici işlər naziri Pekka Haavisto isə 25,8 faiz səslə ikinci olub.Namizədlər arasında parlament sədri Jussi Halla-aho 19 faiz səslə yarışı 3-cü, Finlandiya Mərkəzi Bankının rəhbəri Olli Ren isə 15,3 faiz səslə 4-cü yerdə qərarlaşıb.
Seçkilərin rəsmi nəticələrinin sabah açıqlanacağı gözlənilsə də, heç bir namizəd 50 faizdən çox səs toplamadığı üçün seçki ikinci tura keçib.
Stubb və Haavisto arasında prezident seçkilərinin ikinci turu fevralın 11-də keçiriləcək.
Mənbə: Habertürk
Tərcümə etdi: Aytac Kərimova
