00:00:00
Yazar
Admin User
10.09.2025 07:42 95 1 dəq oxuma
Dünya

"Fitch" Türkiyə iqtisadi artım proqnozunu yüksəldib

"Fitch" Türkiyə iqtisadi artım proqnozunu yüksəldib

 

“Fitch Ratings” beynəlxalq reytinq agentliyi Türkiyə iqtisadiyyatının artımı ilə bağlı proqnozunu yaxşılaşdırıb.

 

"İnformator.az" xəbər verir ki, 2025-ci ilin ikinci rübündə Türkiyədə ÜDM artımı ilə bağlı rəsmi məlumatlar fonunda reytinq agentliyi ölkənin cari il üçün iqtisadi artım proqnozunu 2,9 faizdən 3,5 faizə qaldırıb.

 

“Fitch Ratings” analitikləri 2026-cı ildə Türkiyə iqtisadiyyatının artımını 3,5%, 2027-ci ildə isə 4,2% həcmində proqnozlaşdırırlar.

 

Beynəlxalq reytinq agentliyi Türkiyədə inflyasiyanın azalmasına da diqqət çəkərək qeyd edib ki, onların hesablamalarına görə, cari ilin sonunadək respublikada istehlak qiymətləri indeksinin artımı 28%-ə düşəcəkdir, inflyasiyanın isə 21%, 2027-ci ildə 19% səviyyəsində olacağı gözlənilir.

 

“Fitch Ratings” ekspertlərinin fikrincə, Türkiyə Mərkəzi Bankı ilin sonuna kimi əsas uçot dərəcəsini 35%-ə endirəcək.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər